EN

Aaron Maluda “Sabah”da - Rəsmi

Fransanın “Lill” klubunun cinah hücumçusu (sol vinger) Aaron Maluda bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Azərbaycan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Paytaxt təmsilçisi gənc futbolçunu Fransa klubundan bir illik icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Xatırladaq ki, Aaron Maluda Fransanın “Olimpik” (Lion) klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində “Lill”, “Renn” və “Olimpik” (Nim) klublarının ikinci və əsas komandalarında oynayıb. Vinger Fransanın U-19 millisinin də üzvü olub.

“Sabah” daha öncə Akim Zedadka, Stiv Solvet, Zinədin Uld Xaled, Velko Simiç və Timoteuş Puxaçı da transfer etmişdi. Camal Cəfərov, Rüstəm Samiqullin, Fəxri Məmmədli və Rauf Rüstəmli icarədən qayıdıblar. Rəhman Daşdəmirov, Stas Pokatilov və Anatoli Nuriyev isə yeni müqaviləyə imza atıblar.

Şakir Seyidov, Con İrasabal, Namiq Ələsgərov, Vensan Till, Sofian Çakla, Yusif İmanov, Tuncay Yusifli və Xəlil Mürsəlli komandanı tərk ediblər. Abdulla Rzayev “Turan Tovuz”a, Rauf Rüstəmli də “Sumqayıt”a icarəyə veriliblər.

error: Məzmun qorunur!
Chosen
24
4
arena.az

10Sources