EN

Sığorta şirkətlərindən şikayətlər artır - Siyahı

Sığorta

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət “Atəşgah Sığorta” ASC-dir (1.42 indeksi ilə).

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankından bildiriblər.

Qeyd olunur ki, sığorta şirkəti bu ilin aprel ayından etibarən şikayət indeksi üzrə öndədir. Bu ilin aprel ayı ilə müqayisədə sığorta şirkətinin şikayət indeksi 0.21 bənd artıb.

Ötən ay ən çox şikayət edilən şirkətlər arasında "Ata Sığorta" ASC 1.28 indeksi ikinci olub və qırmızı zolaqda qərarlaşıb.

Sarı zolaqda yer alan “Xalq Sığorta” 1.02 indeksi ilə siyahıda üçüncü olub. Digər sığorta şirkətləri üzrə şikayət indeksi aşağıdakı kimidir:

Chosen
22
13
reyting.az

10Sources