EN

Baş redaktor: Rusiya avtomat ötürmələr qutusu istehsal edə bilməyəcək

Rusiyada avtomat ötürmələr qutularının istehsalı üzrə 3 layihə icra olunur. 

Avtosfer.az xəbər verir ki, bu barədə Rusiyanın sənaye naziri Anton Alixanov məlumat verib.

Nazir bildirib ki, minik və yüngül kommersiya avtomobillərində quraşdırılması nəzərdə tutulan avtomat sürət qutuları üzrə 3 layihə hazırlanır. Bu iş yüksək texnologiya tələb etdiyi üçün dost ölkələrlə əməkdaşlıq edilir. 

Məsələyə “Za rulyom” jurnalının baş redaktoru Maksim Kadakov belə münasibət bildirib: “birbaşa deyirəm ki, bizim öz istehsal etdiyimiz avtomat ötürmələr qutumuz olmayacaq. Yolumuz başqalarının hazırladığını bacardığımız qədər lokallaşdırma yolu ilə yığmaqdır. Bu özü də uzun və xərcli yoldur”.

Vüqar

Chosen
3
1
avtosfer.az

2Sources