EN

Tramp Lukaşenkoya məktub göndərib

Ajans.az xəbər verir ki,bu barədə Belarus liderinə yaxın olan “Pool of the First” Telegram kanalı məlumat yayıb. Bildirilir ki, Tramp Lukaşenkonu ad günü münasibətilə təbrik edib, həmçinin belaruslu tennisçi Aryna Sabalenkanın Nyu-Yorkda keçirilən turnirdə qazandığı uğuru xüsusi olaraq qeyd edib. Məktubda Trampın bu sözləri yer alıb: “Sizin sağlamlığınız və rifahınız, həmçinin ümumi məqsədlərimizə nail olmaqda davamlı irəliləyiş üçün dua edirik.” Qeyd edək ki, avqustun 8-də Aleksandr Lukaşenko Minskdə ABŞ, Rusiya və Ukrayna liderlərinin – Donald Tramp, Vladimir Putin və Vladimir Zelenski arasında üçtərəfli görüş keçirməyi təklif etmişdi. O, bu görüşü Ukrayna münaqişəsinin həllinə ilk addım kimi qiymətləndirərək, hava atəşkəsi ideyasını da gündəmə gətirmişdi.

 

Chosen
21
Ajans.az

1Sources