EN

ABŞ Minskdə səfirliyini bərpa etmək istəyir

ABŞ Minskdə səfirliyini bərpa etmək istəyir.

APA xəbər verir ki, bunu ABŞ Prezidentinin nümayəndəsi Con Koul Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra bildirib.

“ABŞ öz səfirliyini Minskə qaytarmaq istəyir. Bu, yaxın gələcəyin məsələsidir. Biz burada səfirliyin, səfirin olmasını istəyirik. Və biz bunun üzərində işləyəcəyik”, - o vurğulayıb.

Con Koul ABŞ-la Belarus arasındakı münasibətləri müsbət qiymətləndirib:
“Bu münasibətləri daha da yaxşılaşdırmaq üçün hələ çox iş görmək olar. Biz istəyirik ki, ölkələrimiz arasında iqtisadi əlaqələr inkişaf etsin, ticarət genişlənsin. Əgər hər hansı fikir ayrılıqlarını üzə çıxarmaq lazım deyil. Prezident Tramp münasibətləri normallaşdırmağa hazırdır”.

Chosen
13
10
apa.az

10Sources