Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə 1:1-lik heç-heçə etdiyi matça görə mükafat alıb.
Bunu “Qafqazinfo”ya AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov açıqlayıb.
O bildirib ki, komanda 1 xal qazandığı matça görə mükafat alıb: “Amma rəqəmi açıqlaya bilmərik”.
Qeyd edək ki, social şəbəkələrdə və mediada milli komandanın Ukrayna ilə 1:-1-lik heç-heçə etdiyi matça görə mükafatlar aldığı barədə məlumatlar yayılıb. Bu məlumatlarda AFFA-nın hər futbolçuya 10-25 min manat arası mükafat verildiyi yazılıb.
AFFA isə bu xəbərlərə münasibət bildirməyib.