ain.az, Ayna portalına istinadən məlumat yayır.
Oyunçular Ukrayna ilə heç-heçə etdiyi matça görə mükafat alıb
Azərbaycan yığmasının oyunçuları DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə heç-heçə (1:1) etdiyi matça görə mükafat alıb. AYNA.AZ xəbər verir ki, bunu "Qafqazinfo"ya AFFA-nın Mətbuat Xidmətinin rəhbəri Murad Axundov açıqlayıb.
O bildirib ki, komanda 1 xal qazandığı matça görə mükafat alıb: "Amma rəqəmi açıqlaya bilmərik".
Qeyd edək ki, sosial şəbəkələrdə və mediada milli komandanın Ukrayna ilə 1:1-lik heç-heçə etdiyi matça görə mükafatlar aldığı barədə məlumatlar yayılıb. Bu məlumatlarda AFFA-nın hər futbolçuya 10-25 min manat arası mükafat verildiyi yazılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.