"Football-plus.az" xəbər verir ki, bunu Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov sosial şəbəkə hesabında paylaşıb.
Futbolçu Qurban Qurbanovun rekordunu yenilədiyi üçün ona köməyi dəyən hər kəsə minnətdarlığını ifadə edib:
"Mənə inanan məşqçilərimə, meydanda yanımda olan komanda yoldaşlarıma və hər zaman bizi ürəkdən dəstəkləyən azarkeşlərimizə minnətdaram. Sizin üçün oynamaq həmişə şərəfdi".
Xatırladaq ki, Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə 1:1 hesabı ilə başa çatan görüşdə bərabərlik qolunu vurub.