RU

Emin Mahmudovdan rekordu ilə bağlı paylaşım

"Millidə 15-ci qolumu vurmaq və rekordçu olmaq mənim üçün sadəcə statistika deyil, bu, formanı geyməyin verdiyi məsuliyyətin və qürurun ifadəsidi".

"Football-plus.az" xəbər verir ki, bunu Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov sosial şəbəkə hesabında paylaşıb.

Futbolçu Qurban Qurbanovun rekordunu yenilədiyi üçün ona köməyi dəyən hər kəsə minnətdarlığını ifadə edib:
"Mənə inanan məşqçilərimə, meydanda yanımda olan komanda yoldaşlarıma və hər zaman bizi ürəkdən dəstəkləyən azarkeşlərimizə minnətdaram. Sizin üçün oynamaq həmişə şərəfdi".

Xatırladaq ki, Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə 1:1 hesabı ilə başa çatan görüşdə bərabərlik qolunu vurub.
Избранный
15
1
football-plus.az

2Источники