PSJ-nin baş məşqçisi Luis Enrike əməliyyat olunub.
İdmanxeber.az-ın məlumatına görə, bir neçə gün əvvəl velosipeddən yıxılaraq körpücük sümüyünü sındıran 55 yaşlı mütəxəssis uğurlu əməliyyatdan sonra bərpa prosesinə başlayıb.
Onun səhhətində yaxşılaşma müşahidə olunur.
PSJ Liqa 1-də 3 turdan sonra 9 xalla liderdir və sentyabrın 14-də evdə “Lans”la qarşılaşacaq.