EN

AFFA milliyə pul mükafatı ayırdı Oynamayan futbolçuya 12500 manat...

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA rəhbərliyi millimizin dünya çempionatı seçmə mərhələsi çərçivəsində Ukrayna ilə heç-heçə (1:1) etməsinə biganə qalmayıb.

Bakupost.az İdmanxeber.az-a istinadən xəbər verir ki, yığmanın futbolçuları bu nəticə üçün pul mükafatı alacaqlar.

Rəhbərlik bu matçda meydana əsas heyətdə çıxan oyunçuların hər birinə 25 min manat mükafat ayırıb.

Qarşılaşmaya sonradan daxil olan futbolçular bu məbləğin 75 faizini (18 750 manat), görüşü ehtiyatdan izləyənlər isə 50 faizini (12 500 manat) alacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
3
www.bakupost.az

6Sources