EN

Karvan Yevlax Şamaxıya itkilərlə yollanacaq

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Misli Premyer Liqasının 4-cü turunda "Şamaxı"nın qonağı olacaq "Karvan-Yevlax" oyuna itkilərlə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "ağ-qaralar"ın sözçüsü Bəhruz Musayev deyib:

"Komandada cəzalı oyunçu yoxdur. Qapıçı Pedro Mateuş zədə səbəbindən bu turda da oynamayacaq. "Kəpəz"lə görüşdə isinmə hərəkətləri edərkən zədə alan qolkiperin müalicəsi davam edir və o, hələ meydana çıxmağa hazır deyil. Pedrodan başqa, Coy Sleyd Mikels də eyni səbəbdən turu buraxacaq. O, "Qarabağ"la oyundan öncə isinmə hərəkətləri zamanı zədələndi. Görünür ki, hələ bir müddət müalicə almalı və bərpa prosesindən keçməlidir".Qeyd edək ki, "Şamaxı" - "Karvan-Yevlax" qarşılaşması sentyabrın 14-də keçiriləcək. Matçın start fiti 16:30-da səsləndiriləcək.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
1
fanat.az

2Sources