EN

RİNN: Elektron kommunikasiya haqqında qanun layihəsi razılaşdırma prosesindədir

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda “Elektron kommunikasiya haqqında” Qanun layihəsi hazırlanaraq 12 dövlət qurumuna göndərilib.

Bunu"APA-Economics"ə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.

"Layihə həmin qurumlardan daxil olmuş təkliflər əsasında təkmilləşdirilmiş və hazırda aidiyyəti dövlət orqanları ilə razılaşdırılması prosesi davam etdirilməkdədir", - deyə R.Bayramov əlavə edib.

Qeyd edək ki, yeni qanunda Azərbaycanda internet sürəti və internet tariflərinə nəzarət, telekommunikasiya sahəsində sahibkarlara dəstək verilməsi kimi məsələlərin də yer alacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
66
4
icma.az

5Sources