Olay.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Türkan Şoray bu layihə ilə qayıdır!
Türk kinosunun əfsanəsi Türkan Şoray sənətə qayıdır.
OLAY yazır ki, aktrisanın qızı, prodüser Yağmur Ünal yazıçı Murat Menteşin Şoraydan ilhamlanaraq yazdığı “Tabancalı Kız” adlı qrafik romanı mini seriala çevirir.
Layihənin əsas sürprizi isə baş rolda Şorayın özünün rol almasıdır. Aktrisanın gəncliyi xüsusi texnika vasitəsilə canlandırılacaq. Bu məqsədlə Şoraya bənzəyən gənc aktrisa seçiləcək və onun üzündə vizual effektlərlə Şorayın siması əks etdiriləcək.
İzləyicilər həm Şorayın bugünkü obrazını, həm də gənclik illərini izləyə biləcəklər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.