Bəs həqiqətən konstitusiyada dəyişiklik erməni cəmiyyəti tərəfindən rədd edilsə, bunun nəticələri necə olacaq?
Bu barədə Demokrat.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycan bu mövzuda heç bir halda güzəştə getməyəcək, çətin vəziyyətdə qalan isə Ermənistan olacaq:

“Azərbaycan çox yaxşı anlayır ki, Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyə hələ də qalmaqdadır. Ona görə də, referendum şərtini irəli sürüb. Çünki bizim üçün Ermənistan cəmiyyətinin rəyi önəmlidir. Yəni təkcə siyasi hakimiyyətlə deyil, bir növ erməni cəmiyyəti ilə də sülh müqaviləsi bağlamaq istəyirik. Əgər Ermənistanda referendumun nəticələri mənfi yöndə olsa, sülh müqaviləsi imzalanmayacaq. Hər iki ölkə müqavilə imzalanmadan da yaşayacaq, hər kəs öz yolu ilə davam edəcək. Amma bunun nəticəsi o olacaq ki, Ermənistan dalandan çıxa bilməyəcək, dünyadan təcrid vəziyyətində qalacaq. Onun üçün çətin olacaq. Bu səbəbdən düşünməli olan Ermənistandır. Azərbaycanın hansısa güzəştə getməli olacağı fikri doğru deyil, heç bir güzəştə getməyəcək. Çünki bu, prinsipial məsələdir”.
Cavidan Mirzəzadə
Demokrat.az