EN

Alla Puqaçova: “Putin mənim üçün kumir idi, indi isə...”

Məşhur müğənni Alla Puqaçova jurnalist Katerina Qordeyevaya uzun və qalmaqallı videomüsahibə verib.

O, 2022-ci ildə Rusiyanı tərk etməsindən, indiki Rusiya hakimiyyətinə münasibətindən danışıb.

Turkustan.az xəbər verir ki, o, Rusiyadan getməsinə toxunaraq, ölkənin “ona xəyanət etdiyini” qeyd edib.

"Mən necə satqınam? Deyirlər ki, dabanlarım parıldayaraq qaçmışam. Sanki uşaqlıqdan yumşaq divanda uzanmışam və ölkə məni qaşıqla yedizdirir. İşləyib oxumağımın sayılmırmı? İnsanın getməyə haqqı var ki, onu təhqir etməsinlər. Mən əvəldən bildirmişdim ki, ancaq bir halda ölkəmi tərk edərəm, əgər o, mənə xəyanət etsə. O, mənə xəyanət etdi, amma milyonlarla fanat mənə xəyanət etmir.

Uzun müddət düşündüm, axı Putin axmaq adam deyil. Mən onu tanıyıram. Mən ona səs verdim, çox sevindim ki, nəhayət... Birincisi, o, heyrətamiz dərəcədə düzgün sözlər söylədi. Hətta Ukrayna haqqında. Düşündüyüm hər şeyi dedi. O, sadəcə mənim kumirim idi. Təbii ki, indi mənim üçün bunlar şokdur.

Dima ilə (Dmitri Medvedev – red.) dost idim. Dimanı bəyənirdim, amma bu gün o, başqa adamdır, onu sanki tanımıram, necə ki, Vladimir Vladimiroviçdən (Putindən) bunu gözləmirdim. Onlar sadəcə fərqli insanlardır”, - deyə Primadonna qeyd edib.

"Müharibənin məqsədləri mənim üçün vacibdir. Vətənimi müdafiə etmək üçün ilk mən qaçacağam, hətta qoltuq ağacı ilə də. Amma nə baş verdiyini anlamayanda və nə baş verdiyini başa düşəndə, bu, həm də dəhşətlidir. Həm bizim, həm də başqa ölkədən insanlar öləndə dözülməz olur", - o qeyd edib.
/Cebheinfo.az/

Chosen
24
4
turkustan.az

5Sources