EN

Rusiya səfiri Niderland XİN-ə çağırılıb

Rusiya səfiri Niderland Xarici İşlər Nazirliyinə çağırılıb.
APA xəbər verir ki, bu barədə “NOS.nl” məlumat yayıb.
Səfir Rusiya dronlarının Polşanın hava məkanını pozması ilə əlaqədar olaraq XİN-ə çağırılıb.
Niderlandın XİN Rusiya səfiri Vladimir Tarabrini çağıraraq Polşa ilə insidentə görə izahat tələb edib.
Qeyd olunub ki, Niderland hökuməti bu hadisəyə ciddi yanaşır və Moskvaya qarşı yeni sanksiyaların tətbiqini istisna etmir.
Xatırladaq ki, Polşanın hava məkanının müdafiəsində Niderland Hərbi Hava Qüvvələrinin F-35 qırıcıları da iştirak edib. Bu təyyarələr NATO-nun Polşadakı hava patrulu missiyası çərçivəsində fəaliyyət göstərir.
Chosen
20
8
sherg.az

9Sources