EN

ABŞ-də insan ovu başladı - Bu suiqəsd Trampı sarsdı

ABŞ-da prezident Donald Trampın sadiq müttəfiqi, mühafizəkar fəal Çarli Kirkin qatilinin axtarışına başlayıb. Bu səbəbdən Ağ Evin nəhəng bayrağı da yarıya qədər endirilib.



Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, ABŞ - da aparıcı mühafizəkar gənclər təşkilatı olan "Turning Point USA"-ın prezidenti Çarli Kirk dünən Yuta ştatının kollec şəhərciyində ictimai toplantı zamanı güllələnərək öldürülüb.

ABŞ prezidenti Donald Tramp özünün “həqiqət və azadlıq uğrunda şəhid” kimi qələmə verdiyi adamın qətlində “radikal sol”u günahlandırıb.

31 yaşlı mühafizəkar podkast aparıcısı və Tramp tərəfdarı olan gənc lider təxminən 3000 nəfərin iştirak etdiyi Amerikanın “qayıdışı” mitinqinə qatılarkən boynundan güllə yarası alıb.

Qatilin bu qətli törətməsinin səbəbi məlum deyil. Bir şübhəli saxlanılıb, sonra sərbəst buraxılıb.

FTB direktoru şübhəlinin saxlanıldığını lakin elə həmin gün sərbəst buraxıldığını açıqladı. FTB direktoru Kash Patel sosial şəbəkədə bu mesajı paylaşıb: "İstintaqımız davam edir".

Çarli Kirkin ölümü sosial mediada sürətlə yayılan videoya öz əksini tapıb. Səlahiyyətlilərə görə, qatil hadisə yerindən təxminən yüz metr aralıda damın üstündən atəş açıb.

Chosen
7
manset.az

1Sources