EN

NATO Polşada PUA insidentinə "cavab" hazırlayır

NATO Polşada pilotsuz təyyarələrlə insidentlə bağlı “hərbi-müdafiə cavabı” hazırlayır. Məqsəd alyansın şərq cinahını gücləndirmək olacaq.

Herbiand.az bildirir ki, bu barədə Bloomberg agentliyi mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, alyans iki “cavab” hazırlayır - siyasi və hərbi-müdafiə. Agentlik yazır ki, ilk siyasi reaksiya artıq NATO-nun baş katibi Mark Rutte və alyans ölkələrinin liderləri tərəfindən elan edilib. Onlar günahı Rusiyanın üzərinə atıblar.

“Hərbi cavab”ın hazırlanmasını NATO-nun Avropadakı birləşmiş qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç əlaqələndirir. O və tabeliyində olanlar vəziyyəti qiymətləndirir və yeni silah təchizatına ehtiyacı təhlil edirlər.

Alyansın cavabı əsasən çəkindirici potensialın gücləndirilməsinə yönələcək.

Bəxtiyar CƏFƏRLİ

Chosen
11
4
herbiand.az

5Sources