NATO Polşada PUA insidentinə hərbi-müdafiə cavabı hazırlayır, məqsədi alyansın şərq cinahını gücləndirmək olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Blumberq” mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, alyans iki cavab hazırlayır: siyasi və hərbi-müdafiə:
“İlk siyasi reaksiyanı artıq NATO-nun baş katibi Mark Rutte və alyans ölkələrinin liderləri bəyan edib və günahı Rusiyanın üzərinə atıb. Hərbi cavabın hazırlanması NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç tərəfindən əlaqələndirilir. O və tabeliyində olanlar vəziyyəti qiymətləndirir, yeni silah təchizatına ehtiyacı təhlil edir. Alyansın cavabı ilk növbədə onun çəkindirici potensialını gücləndirməyə yönəldiləcək”./axar.az