Rusiyanın Zabaykalsk bölgəsində 28 yaşlı gənc sevgilisini görmək üçün qeyri-adi nəqliyyat vasitəsi seçib.
Avtosfer.az rus mediasına istinadən xəbər verir ki, o, tikintidən özüboşaldan maşın oğurlayaraq sevgilisinin yanına getməyə çalışıb.
Lakin gənc cinayət anının müşahidə kameraları tərəfindən qeydə alındığını nəzərə almayıb. Nəticədə həbs edilib. Faktla bağlı araşdırma aparılır.(big.az)