EN

İsveç Ukraynaya 840 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

İsveç hökuməti Ukrayna üçün təxminən 9.2 milyard kron (840 milyon avro) dəyərində 20-ci hərbi yardım paketini elan edib.

“Poliqon” xəbər verir ki, İsveç Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi birgə bəyanat yayıb.

İsveçin müdafiə naziri Pol Yonsonun sözlərinə görə, Avropanın təhlükəsizliyi üçün ən vacib məsələ Ukraynanın Rusiya aqressiyasına qarşı müdafiəsidir: “İsveç indi Ukraynaya hərbi dəstəyi artırır ki, Rusiyaya daha böyük təzyiq göstərilsin. Daha çox “Archer” özüyeriyən haubitsası, dronlar və əlavə sursat döyüş meydanında faydalı olacaq”.

Bildirilib ki, Ukraynanın döyüş meydanında böyük ehtiyacları var. 20-ci hərbi yardım paketi Ukraynanın bildirdiyi ehtiyaclara mümkün qədər cavab verəcək şəkildə hazırlanıb. Bu paket İsveç müdafiə sənayesi tərəfindən yeni istehsal olunmuş müxtəlif avadanlıqların alınmasından ibarətdir. Dəstək əsasən Ukraynanın artilleriya, dəniz döyüşü və hava hücumundan müdafiə sahələrini gücləndirəcək.

Qeyd olunub ki, 2026-cı ilin büdcə təklifində hökumət Ukraynaya hərbi dəstəyi artırmaq üçün əlavə 31.5 milyard kron (2.8 milyard avro) və 2027-ci il üçün dəstəyin uzadılmasını təklif edir. Təklif edilən dəyişikliklə 2026 və 2027-ci illər üçün hərbi dəstək ümumilikdə 40 milyard krona (3.6 milyard avro) çatdırılacaq. Bu, İsveçin Ukraynaya güclü hərbi dəstəyini davam etdirməyə imkan verəcək.

Chosen
33
poliqon.az

1Sources