ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransada Prezident Emmanuel Makrona qarşı genişmiqyaslı etirazlar şiddətlənir.
Bakupost.az Fransa KİV-ə istinadən xəbər verir ki, küçələrə 200 minə yaxın insan çıxıb, 500-dən çox etirazçı saxlanılıb, onlarla yaralı var. Bu, 2018–2019-cu illərdəki "sarı jiletlilər" hərəkatından bəri ölkədə keçirilən ən böyük etiraz aksiyası hesab olunur.
Etirazçılar Makronun daxili siyasətindən, xüsusən də sosial və iqtisadi islahatlardan narazılıqlarını bildiriblər. Parisdə polis və etirazçılar arasında toqquşma baş verir, gözyaşardıcı qazdan istifadə edilir.
Sosial şəbəkələrdə etirazlar "yeni xalq inqilabı" kimi təqdim olunur.

Aysel,
BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.