EN

Ovannisyan: Artıq Azərbaycan və Ermənistan mehriban qonşu ola bilər

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

“Ermənistan Azərbaycanla paraflanmış sülh sazişini imzalamağa və ratifikasiya etməyə hazırdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın ATƏT-dəki daimi nümayəndəsi Andranik Ovannisyan deyib.

“Bu tarixi məqam kontekstində Ermənistan ağlabatan vaxtda sülh sazişinin imzalanmasını və ratifikasiya olunmasını gözləyir”, - diplomat bildirib.

Ovannisyan avqustun 8-də Vaşinqtonda (ABŞ) Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmalara istinadla qeyd edib ki, iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin qurulmasına başlanması üçün şərait yaradılıb.

Ermənistan rəsmisinin fikrincə, bu reallıq iki xalq arasında düşmənçilik səhifəsinin bağlanmasına zəmin yaradır.

Ovannisyan ATƏT-in Minsk qrupunun ləğv olunmasının da bu reallıqlardan irəli gəldiyini sözlərinə əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
2
sherg.az

3Sources