EN

İranın Baş Qərargah rəisi Qətərə dəstəkifadə etdi

İran silahlı qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi və Qətər Baş nazirinin müavini Səud bin Əbdürrəhman Al Tani arasında telefon danışığı olub.

Redaktor.az “Tasnim”ə istinadən xəbər verir ki, tərəflər İsrailin Qətərə hücumunu müzakirə ediblər.

Musəvi vurğulayıb ki, İran silahlı qüvvələri Qətəri dəstəkləmək üçün heç vaxt tərəddüd etməyəcək, çünki “İranın Qətərlə əlaqələri qardaşlıq əsasında qurulub”.

Baş Qərargah rəisi qeyd edib ki, Amerikanın koordinasiyası və dəstəyi olmadan Qətərə hücum baş verə bilməzdi.

Chosen
33
3
redaktor.az

4Sources