EN

Dil böhranı: İşaqların 90 %-i məktəbdən kənarda qaldı

Rusiyada yeni qüvvəyə minmiş dil biliyi qaydası səbəbilə miqrant uşaqlarının 87%-i məktəblərə qəbul ola bilməyib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Federal Təhsil və Elm Nəzarət Xidməti ("Rosobrnadzor") məlumat yayıb. 

2025-ci ilin aprel-avqust ayları arasında xarici vətəndaş olan 23 min 600 uşaq üçün qeydiyyat müraciəti edildiyi bildirilib. Bu uşaqlardan yalnız 8200-ü lazımi sənədləri tamamlayaraq dil imtahanına girməyə haqq qazanıb.

Qalan 15400 uşaq isə natamam və ya uyğun olmayan sənədlər səbəbilə prosesi tamamlaya bilməyib. Dil imtahanına müraciət edən 8200 uşaqdan yalnız 5900-ü testə qatılıb. Bu uşaqlardan təxminən 2 min 900-ü beş ballıq sistem üzrə ən azı “üç” (orta) qiymət alaraq imtahanı uğurla keçib.

Bu göstərici imtahana girənlərin təxminən yarısına, ümumi müraciət edənlərin isə cəmi 12,6%-nə uyğun gəlir.

Qeyd edək ki, 1 aprel 2025-ci ildə qüvvəyə minmiş qanuna əsasən, Rusiyada təhsil almaq istəyən xarici vətəndaş olan şagirdlər dil biliyi imtahanından keçməlidirlər.

İmtahandan keçmək üçün ən azı “orta” səviyyədə rus dili biliyi tələb olunur. Təhsil mütəxəssisləri bu yeni qaydanın miqrant ailələrinin uşaqlarının təhsilə çıxışını ciddi şəkildə məhdudlaşdırdığını düşünürlər.

Chosen
12
1
cebheinfo.az

2Sources