Polşa Rusiya-Belarus hərbi təlimləri ilə əlaqədar bu ölkəylə sərhədi qeyri-müəyyən müddətə bağlayır.
Bu barədə Polşanın daxili işlər naziri Marçin Kervinski "TokFM" radio stansiyasının efirində bildirib.
"Sərhədin bağlanması təlimlərin keçirildiyi müddətdə deyil, təlimlərlə əlaqədar baş verir. Sərhəd qeyri-müəyyən müddətə bağlanır", - M.Kervinski bildirib.
O əlavə edib ki, Polşa təxribatlardan ehtiyatlandığından vəziyyəti daim təhlil edəcək.
"Biz geniş mənada təxribatlardan - miqrasiya təzyiqinin güclənməsindən, Polşa tərəfinə keçmək cəhdlərindən və Polşanın təhlükəsizliyinə təhdid yaradan şəxslərin sərhədi keçməsindən ehtiyat edirik. Bu sərt qərar da buradan qaynaqlanır", - nazir vurğulayıb.
Xatırladaq ki, Rusiya və Belarus arasında "Qərb-2025" birgə hərbi təlimləri sentyabrın 12-16-da Belarus ərazisində keçiriləcək.