AZ

Polşa Belarusla sərhədi qeyri-müəyyən müddətə bağlayır

Polşa Rusiya-Belarus hərbi təlimləri ilə əlaqədar bu ölkəylə sərhədi qeyri-müəyyən müddətə bağlayır.

“İki sahil” xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Marçin Kervinski "TokFM" radio stansiyasının efirində bildirib.

"Sərhədin bağlanması təlimlərin keçirildiyi müddətdə deyil, təlimlərlə əlaqədar baş verir. Sərhəd qeyri-müəyyən müddətə bağlanır", - M.Kervinski bildirib.

O əlavə edib ki, Polşa təxribatlardan ehtiyatlandığından vəziyyəti daim təhlil edəcək.

"Biz geniş mənada təxribatlardan - miqrasiya təzyiqinin güclənməsindən, Polşa tərəfinə keçmək cəhdlərindən və Polşanın təhlükəsizliyinə təhdid yaradan şəxslərin sərhədi keçməsindən ehtiyat edirik. Bu sərt qərar da buradan qaynaqlanır", - nazir vurğulayıb.

Xatırladaq ki, Rusiya və Belarus arasında "Qərb-2025" birgə hərbi təlimləri sentyabrın 12-16-da Belarus ərazisində keçiriləcək.

Seçilən
4
2
ikisahil.az

3Mənbələr