EN

HAMAS razılaşma üçün şərtlərinin dəyişməyəcəyini bildirib

HAMAS İsrailin Qətərə hücumundan sonra potensial razılaşma üçün şərtlərinin dəyişməyəcəyini bildirib.

APA xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” məlumat yayıb.

“Bu cinayət danışıqlar prosesinə qarşı bir sui-qəsd idi. Biz ABŞ administrasiyasının bu cinayətdə iştirakı olduğunu təsdiqləyirik”, - HAMAS rəsmisi Fəvzi Barhum bildirib.

Qeyd edək ki, sentyabrın 9-da İsrail Qətərin paytaxtı Dohada HAMAS üzvlərinin olduğu binaya hava zərbəsi endirib.
Chosen
1
4
sherg.az

5Sources