HAMAS İsrailin Qətərə hücumundan sonra potensial razılaşma üçün şərtlərinin dəyişməyəcəyini bildirib.
Missiya.Az "APA"ya istinadən xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” məlumat yayıb.
“Bu cinayət danışıqlar prosesinə qarşı bir sui-qəsd idi. Biz ABŞ administrasiyasının bu cinayətdə iştirakı olduğunu təsdiqləyirik”, - HAMAS rəsmisi Fəvzi Barhum bildirib.
Qeyd edək ki, sentyabrın 9-da İsrail Qətərin paytaxtı Dohada HAMAS üzvlərinin olduğu binaya hava zərbəsi endirib.