BAKI, 11 sentyabr. TELEQRAF
Ukraynaya məxsus pilotsuz təyyarələrin Belqorod vilayətinin Komsomolski və Krasnaya Yaruqa kəndlərinə hücumları nəticəsində 3 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Teleqram kanalında məlumat verib.
"Belqorod rayonunun Komsomolski kəndində PUA-nın endirilməsi nəticəsində iki nəfər yaralanıb.
Həmçinin Krasnaya Yaruqa kəndində dronun partlaması nəticəsində bir qadın qəlpə yarası alıb.
Ukraynaya məxsus pilotsuz təyyarələrin Belqorod vilayətinin Komsomolski və Krasnaya Yaruqa kəndlərinə hücumları nəticəsində 3 nəfər yaralanıb.