Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze korrupsiya ittihamı üzrə saxlanılıb.
Day.Az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
"Vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılması, eləcə də, xüsusilə böyük məbləğdə gəlir əldə edilməsi ilə bağlı faktı üzrə məhkəmənin çıxardığı qətnamə əsasında keçmiş müdafiə naziri Cuanşer Burçuladze saxlanılıb", - deyə bəyanatda deyilir.