
Apple yeni iPhone Air modelini təqdim edib. 9 sentyabrda keçirilən illik təqdimatda elan olunan smartfon cəmi 5,6 millimetr qalınlığında korpusa malikdir. Şirkət nümayəndələrinin sözlərinə görə, cihazın çərçivəsi 80% təkrar emal olunmuş titan materialından hazırlanıb ki, bu da onu həm möhkəm, həm də indiyədək istehsal olunmuş ən yüngül və ən nazik iPhone edir.Yeni model Ceramic Shield 2 texnologiyası ilə təchiz edilib, bu da ekranı cızıqlara və yıxılma zamanı zədələrə qarşı daha davamlı edir. Cihaz həmçinin 6,5 düymlük ekran, 120 Hz yenilənmə tezliyi və 3000 nit parlaq ekran göstəricisi ilə fərqlənir.Ulusum.az
Diqqət Çəkənlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Tramp tərəfdarı 31 yaşlı Çarli Kirk güllələndi