Ölkəmizi minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək "Birbaşa Bakı" heyətinə üç yeni oyunçu cəlb edib.
"Football-plus.az" xəbər verir ki, son ölkə çempionu Ramiz Çovdarov, Mehdi Rəsulov və Nicat Baxşıyevlə müqavilə imzalayıb.
Qeyd edək ki, "Birbaşa Bakı" F qrupunda "Red Star Belqrad" (Serbiya), "Portu" (Portuqaliya) və "Rımniku Vılça" (Rumıniya) komandaları ilə mübarizə aparacaq.