EN

Qadın sürücüsü manevr qaydasını pozaraq motosikletlə toqquşdu VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Qayda pozan sürücü qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Arxangelsk şəhərində baş verən hadisənin videosu kameraya düşüb. Belə ki, Troitski prospektində "Chery" markalı avtomobilin qadın sürücüsü manevr qaydasını pozaraq sürətlə hərəkətdə olan “Honda” markalı motosikletlə toqquşub.

Zərbənin təsirindən motosikletli bir neçə metr havada uçaraq asfalta çırpılıb.

Qəza nəticəsində xəsarətlər alan 27 yaşlı bayker xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
avtosfer.az

1Sources