EN

Fransa Polşa üçün hərəkətə keçir: Makron göstəriş verdi

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Paris Polşanın hava məkanının qorunması və NATO ilə birlikdə Avropanın şərq cinahının müdafiəsi məqsədilə üç Rafale qırıcısını yerləşdirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində bildirib.

Makron vurğulayıb ki, qərar Polşa baş naziri Donald Tuskun pilotsuz uçuş aparatlarının (PUA) ölkənin hava məkanını pozması barədə açıqlamasından sonra qəbul edilib:

“Fransa, müttəfiqlərimizlə birlikdə, Avropanın təhlükəsizliyini qorumaq üçün tam məsuliyyət daşıyır. Polşanın hava məkanı həm Polşa, həm də bütün Avropa üçün strateji əhəmiyyət kəsb edir”.

Xatırladaq ki, bundan əvvəl İsveç də Polşaya təcili qaydada əlavə təyyarə və hava hücumundan müdafiə sistemləri göndərmək barədə qərar qəbul etmişdi.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
59
50
globalinfo.az

10Sources