AZ

İtaliya mövqeləri gücləndirir: şərq cinahına iki qırıcı göndərir

İtaliya alyansın şərq cinahında NATO-nun mövqelərinin möhkəmlənməsinə töhfə verəcək.

Axar.az xəbər verir ki, bu barədə “La Repubblika” qəzeti məlumat yayıb.

Bildirilir ki, İtaliya NATO-ya iki hərbi təyyarə göndərəcək:

“Seçim “Eurofighter” və F-35 arasındadır, ikinciyə üstünlük verilir. Onlar artıq Estoniyada yerləşdirilən dörd italyan qırıcısına əlavə edilə bilər. İtaliya artıq orada yerləşdirilən Samp-T hava hücumundan müdafiə sisteminin Estoniyada qalma müddətini də uzada bilər”.

Qəzet qeyd edir ki, belə bir qərar hərbi, siyasi və diplomatik nöqteyi-nəzərdən qaçılmaz və məcburidir.

Seçilən
7
2
axar.az

10Mənbələr