EN

“Yuventus” Ademola Lukmanı heyətinə qatmağı planlaşdırır

“Yuventus” heyətini gücləndirmək üçün addımlar atır. 

90deqiqe.Az-ın “Tuttosport”a istinadən yaydığı məlumata görə, Turin klubu qış transfer pəncərəsində “Atalanta”nın hücumçusu Ademola Lukmanı transfer edə bilər. Artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Klub nigeriyalı futbolçunun çoxfunksiyalılığını və Seriya A təcrübəsini yüksək qiymətləndirir. Eyni zamanda “Atalanta” Lukman üçün yüksək məbləğ tələb edəcək.

Qeyd edək ki, Lukman bu yay “Atalanta”dan ayrılmaq istəmiş və klubun kompromis etməməsinə görə açıq şəkildə narazılığını bildirmişdi. O, həmin vaxt “İnter”lə də adları hallandırılsa da, qalmağa qərar vermişdi. Hazırda futbolçu məşqlərə qayıdıb, lakin klubla gərgin münasibətlər fonunda oyunlara çıxıb-çıxmayacağı məlum deyil.

Chosen
75
90deqiqe.az

1Sources