BAKI, 12 sentyabr. TELEQRAF
İsrailin üsyançı “Ənsar Allah” hərəkatından olan husilər tərəfindən nəzarət edilən Yəmən paytaxtı Səna və Əl-Cauf əyalətinə endirdiyi zərbələr nəticəsində azı 46 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə üsyançıların formalaşdırdığı hökumətin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Səna və Əl-Cauf əyalətinə edilən hücum nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb, daha 165 nəfər yaralanıb. Onların arasında çoxlu sayda qadın və uşaq var. Ölənlərin sayı arta bilər”, - nazirliyin bəyanatında deyilir.