EN

"Qarabağ"ın ÇL-dəki rəqibi onu transfer etdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniya təmsilçisi "Atletik" yeni transfer edib.

Publika.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bilbao kollektivi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının futbolçusu Aymerik Laporte ilə anlaşıb.

Müdafiəçinin müqaviləsinin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, Laporte 2011-ci ildən 2018-ci ilə kimi "Atletik"də çıxış edib. O, "Əl-Nəsr" klubunun heyətində meydana çıxdığı 27 oyunda 4 dəfə fərqlənməyi bacarıb.

Chosen
30
3
publika.az

4Sources