EN

Deputat: “Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur”

“Məcburi köçkünlərin vətəndaşların evlərini zəbt etmələri yeni məsələ deyil. Köçkünlük başlayan dövrdən bu proses gedir. Xeyli ciddi problemlər olub. Bu məsələ o vaxtdan indiyə qədər çox sayda insanın taleyinə təsir edib. İndi də xeyli vətəndaşımızın mənzili məcburi köçkünlər tərəfindən zəbt olunmuş vəziyyətdə qalır. Vaxtilə qeyri-rəsmi qərar verilmişdi ki, məcburi köçkünlər zəbt etdikləri mənzildən çıxarılmasınlar. Amma bunun müqabilində heç kim vətəndaşlara kompensasiya vermədi. İndiyə qədər də bu problem həll olunmamış qalıb. Nə qədər mənzil sahibləri özləri hazırda kirayədə qalırlar. Mənim yaxın dostlarımdan biri də oğlunu evləndirdi, kirayə evə köçürdü. Belə problemlər var. Məsələyə kompleks yanaşmaq lazımdır. Bu problem yavaş-yavaş artıq həllini tapmalıdır”.

Chosen
30
2
paytaxt.org

3Sources