"D vitamininin əskikliyi kimi, artığı da ziyandır".
Bizim.Media xəbər verir ki, bunu kardioloq terapevt Aynur Məmmədiva bildirib.
Həkimin sözlərinə görə, D vitamini nəzarətsiz olaraq, çoxlu qəbul edilərsə, ilk növbədə böyrəklər zədələnir:
"Böyrəyə ilk baxdığımız zaman daş görünməz, kirəcləşmə müşahidə edilər. Bu zaman təzyiq yüksələ, damarlar sərtləşə bilər. Həkimlər D vitamini təyin edərkən əsasən günlük dozalarda təyin edirlər.
Burada xəstənin çəkisi də önəmlidir. D vitamini axşam saatlarında qəbul edilərsə yuxu pozuntusuna səbəb ola bilər. Ona görə də düzgün dozanı və vaxtı həkimlə məsləhətləşmək lazımdır". (medicina.az)
Bizim.Media