EN

Fidandan sülh danışıqları AÇIQLAMASI: "Təəssüf ki, onlar gerçəkləşir"

Ankara Ukrayna ilə bağlı sülh danışıqlarının dayandırıldığı nöqtədən yenidən başlanacağına ümid edir.

Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Nazir vurğulayıb ki, Türkiyə tərəfi münaqişənin genişlənməsi riskini dəfələrlə gündəmə gətirib.

“Biz bu barədə təkcə bəyanatlar verməmişik, həm də müxtəlif təşəbbüslərlə çıxış etmişik. Sülh danışıqlarına ev sahibliyi etdik, əsir mübadiləsi prosesini həyata keçirdik və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Riskləri görürük və təəssüf ki, onlar gerçəkləşir,” - deyə Fidan bildirib.

Chosen
11
50
publika.az

10Sources