Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, Ukraynanın 2026 və 2027-ci illər üçün maliyyə ehtiyacları Kiyevin dediklərindən qat-qat yüksək ola bilər. Musavat.com xəbər verir ki, məlumatı Bloomberg agentliyi yayıb.
Agentliyin yazdığına görə, təxminlərdəki fərq BVF missiyasının son səfəri zamanı yaranıb. Və Fond yeni kredit proqramı üçün müraciətə baxmazdan əvvəl fikir ayrılıqlarının aradan qaldırılması son dərəcə vacibdir.
BVF hesablamaları doğru olarsa, Ukraynanın ildə bir neçə milyard əlavə maliyyə dəstəyinə ehtiyacı ola bilər, çünki ölkə Rusiyanın hərbi təcavüzünü dəf edir. Müharibə dördüncü ildir ki, davam edir və sonu görünmür, Ukraynanın artan hərbi ehtiyaclarını ödəməkdə çətinlik çəkə biləcəyi ilə bağlı narahatlıqlar artır. Bu gün Kiyev əvvəlki proqnozlarında qalır: onlara görə, iki il ərzində ölkə 37,5 milyard dollara qədər dəstək almalıdır. Bloomberg-in məlumatına görə, BVF isə ümumi məbləği 10-20 milyard dollar yuxarı qiymətləndirir.
Tərəflərin gələn həftə məbləği razılaşdıracağı gözlənilir. Ukrayna hökuməti və Maliyyə Nazirliyi şərh verməkdən imtina edib.
Musavat.com