EN

Cənubi Afrikada aparteid əleyhinə mübarizə aparan Stiv Bikonun qətli yenidən araşdırılır

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Stokholm, 12 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

Cənubi Afrika Respublikasının Milli Prokurorluğu 1977-ci ildə həbsxanada aldığı xəsarətlərdən dünyasını dəyişən əfsanəvi aparteid əleyhdarı Stiv Bikonun ölümü ilə bağlı istintaqı yenidən başlayıb.

AZƏRTAC xəbər verir ki, Stiv Biko 1970-ci illərdə aparteidin əsas əleyhdarlarından biri olub və 1976-cı ildə Soueto üsyanından sonra Cənubi Afrikada gəncləri rejimə qarşı mübarizə aparmaq üçün qaldırılmasında mühüm rol oynayıb.

1973-cü ildə ona qarşı ona doğulduğu King-Vilyams-Taundan çıxmağı qadağan edən banning order tətbiq edilib. Bir neçə il sonra, qadağanı pozaraq Keyptauna getdikdən sonra polis tərəfindən həbs edilib və Port- Elizabet Həbsxanasına aparılıb, burada o, kameranın döşəməsinə zəncirlənib və bir neçə həftə döyülərək işgəncələrə məruz qalıb.

1977-ci il sentyabrın 11-də həkimlər Bikonun tibbi yardıma ehtiyacı olduğunu etiraf ediblər. O, çılpaq və zəncirli halda Land Roverin arxasında Pretoriyaya aparılıb. O, ertəsi gün aldığı xəsarətlərdən dünyasını dəyişib. Bikonun dəfn mərasimində 20 mindən çox insan iştirak edib, onun ölümü isə bütün dünyada rezonans doğurub və aparteid rejiminə təzyiqi artırıb.

1990-cı illərdə bu işə Həqiqət və Barışıq Komissiyasının iclasında baxılıb. Beş polis məmuru Bikonun ölümü ilə bağlı ifadə verib, onlara amnistiya verilməsində imtina olunub, lakin heç kim qətlə görə cəza çəkmədi.

İndi, ölümünün 48-ci ildönümündə Milli Prokurorluq istintaqı yenidən aparacağını elan edib. Qərar illərdir aparteid dövründə bir çox qətllərə məhəl qoymayan Afrika Milli Konqresinin (AMK) rəhbərlik etdiyi hökumətə artan təzyiqlər fonunda verilib. Hesab olunur ki, ədaləti axtarmaq istəməməsi qismən AMK-nin azadlıq və demokratiya uğrunda mübarizədə insan haqlarını pozan öz üzvlərini qorumaq cəhdləri ilə əlaqədardır, baxmayaraq ki, aparteid rejiminin agentləri tərəfindən törədilmiş daha çox açılmamış cinayətlər var.

Qeyd edək ki, aktyor Denzel Vaşinqton 1987-ci ildə “Ağla, azadlıq” (“Cry Freedom”) filmindəki Stiv Biko roluna görə Oskar mükafatına namizəd olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
azertag.az

1Sources