EN

Makron Polşaya qırıcılar göndərir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransa pilotsuz uçuş aparatları (PUA) ilə insidentdən sonra Polşa hakimiyyətinə üç ədəd "Rafale" qırıcısını bu ölkənin və Şərqi Avropanın digər ölkələrinin hava məkanı üzərində patrulluq etmək üçün göndərəcəyini vəd edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.
Makron qeyd edib ki, NATO müttəfiqləri ilə birlikdə Polşanın hava məkanının və Avropanın şərq cinahının müdafiəsində iştirak etmək üçün üç ədəd "Rafale" qırıcısını yerləşdirmək qərarına gəlib.
Xatırladaq ki, sentyabrın 10-da səhər saatlarında Polşa ordusunun operativ komandanlığı PUA kimi müəyyən edilən və ölkənin hava məkanını pozan bir neçə obyektin məhv edildiyini açıqlayıb.
Chosen
29
3
oxu.az

4Sources