EN

Məşhur müğənni jurnalistlərə vəsiyyət etdi: Başıma bir iş gəlsə...

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Məşhur müğənni Mahsun Kırmızıgül jurnalistlərə öz vəsiyyətini açıqlayıb.

Lent.az xəbər verir ki, Kırmızıgül öləcəyi təqdirdə heç kimin onun ölümü ilə bağlı xəbər hazırlamamasını vəsiyyət edib.

 "Vəsiyyətimdir: Bir gün başıma bir iş gəlsə, ya da dünyadan köçsəm, haqqımda xəbər verməyin! Cənazəmə də gəlməyin!", - deyə Kırmızıgül sosial media hesabında yazıb.

Media sektorunu vəfasızlıqda ittiham edən müğənni onları sənət adamlarına qiymət verməməkdə günahlandırıb.

"Xəbər bülletenləri...Sözüm sizədir.. Sənət adamının işinə, konsertinə, zəhmətinə dəyər verməzlər. Sağ ikən görməməzlikdən gəlirlər. Təəssüf ki, sənətçilər ancaq öləndə xatırlanır... Edip Akbayram, Volkan Konak, Ferdi Tayfur, Özkan Uğur bu acıları dəfələrlə yaşadıq”, - deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
lent.az

1Sources