EN

Türkiyədə gənc əvvəlcə qonşusunu, sonra anası ilə qardaşını güllələdi

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Türkiyənin Aksaray vilayətində eyni küçədə yaşayan iki gənc arasında yaranan mübahisə zəminində 19 yaşlı gənc özünü və bir neçə nəfəri güllələyib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, əvvəlcə 19 yaşlı Ömər T. ilə 24 yaşlı qonşusu Kuddisi A.-nın mübahisəsi yaranıb.

Daha sonra Ömər Kuddisiyə atəş açaraq qaçıb.

O, evə qayıdan kimi anası Mədinə və qardaşı Umutu da başından vurub. Daha sonra gənc oğlan eyni silahla özünə atəş açıb.

İlkin məlumata görə, Ömər qolundan yaralanıb. İlkin tibbi yardımdan sonra saxlanılıb.

Lakin qonşusu, anası və qardaşının vəziyyəti kritik ağırdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
2
qafqazinfo.az

3Sources