EN

Bu dəfə Qarabağa könüllü köçürlər... FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı” davam etdirilir.

Xocalı rayonunun Şuşakənd kəndinə və Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

İlk mərhələdə Şuşakəndə 15 ailə - 59 nəfər, Qırmızı bazara 10 ailə, 39 nəfər köçürülüb.

Maraqlısı isə budur ki, doğma yurdlarından işgəncə və məcburiyyətlərlə çıxan ailələr bu dəfə könüllü köçürlər. Özü də həsrətlə gözlədikləri diyara...



Chosen
27
sportinfo.az

1Sources