AZ

Növbəti köç karvanı Ağdamın Xıdırlı kəndinə çatdı

AĞDAM, 31 iyul. TELEQRAF

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Bakıdan yola salınan növbəti köç karvanı Ağdamrayonunun Xıdırlı kəndinə çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Xıdırlıya 58 ailə olmaqla 225 nəfər köçürülüb.
Xıdırlıya köçürülən ailələr əsasən ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Seçilən
103
17
teleqraf.com

10Mənbələr